Dekabrın 23-də Bakıda Dövlət Sərhəd Xidmətinə məxsus hospitalda qanlı olay baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən hospitalda müalicə olunan əsgər, 1992-ci il təvəllüdlü Məzahir Xalıqovun yanına qonaq gələn 1989-cu il təvəllüdlü İbrahimov Hüseyn Zahid oğlu ona xəsarət yetirib. 22 yaşlı H.İbrahimov xəstə yatan əsgərə bıçaqla bir neçə ağır zərbə endirib. O, qaçmaq istəyərkən yaxalanıb. İşi aparan Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Mirata Seyidov H.İbrahimovun hospitala qonaq kimi komendaturadan daxil olduğunu, hadisənin də bundan sonra baş verdiyini dedi. Məlumata görə, İbrahimov və Xalıqov bir yerdə hərbi xidmətdə olublar və həmin vaxtdan mübahisələri varmış.