Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb
DÜNYA
07:51 02.10.2026
207
Hörmüz boğazında gəmiçilik qaydalarını pozduğu bildirilən üç BƏƏ tankeri hücuma məruz qalıb.

Bu barədə İranın Körfəz İşləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, "AL RUWAIS”, "SINBAD” və "MERSIN PROSPERITY” tankerləri son iki ay ərzində bir neçə dəfə Hörmüz boğazından keçməyə cəhd edib və naviqasiya qaydalarına əməl etməyən gəmilərin siyahısına daxil edilib.

Qeyd olunub ki, siyahıdakı gəmilər gələcəkdə boğazdan keçid zamanı cərimə, həbs və ya müsadirə ilə üzləşə bilər.

///azərtac///
OXŞAR XƏBƏRLƏR