Türkiyəli məşhur müğənni Hulya Avşar Azərbaycan barəsində maraqlı açıqlamalar verib.
Yerli telekanallardan birinə müsahibə verən sənətçi Azərbaycana gəlmək istədiyini açıqlayıb. İfaçı bildirib ki, ölkəmizdə onu sevənlərinin çox olduğu barədə məlumat alıb, məhz bu səbəbdən gəlib onlar üçün ifa etmək istəyir. “Bu vaxta qədər qismət olmamışdı Azərbaycana gəlmək, amma artıq özümü hazır hiss edirəm, gəlmək istəyirəm. Orada məni sevənlərin çox olduğunu eşitmişəm. Mən də sizi çox sevirəm". Bundan əlavə olaraq Hülya Avşar Türkiyədə bir neçə azərbaycanlı iş adamları ilə tanış olduğunu bildirib. "Sizin iş adamlarınınz burada xeyriyyə işlərinə kömək edirlər, onlarla yaxşı münasibətim var. Bakının çox gözəl şəhər olduğunu eşitmişəm. Ən qısa vaxtda orada qonaq olacağam. Düşünürəm ki, artıq Azərbaycana baş çəkməyin vaxtıdır. Oranın insanlarını görməyə səbirsizlənirəm”. (ANSPRESS)