Hülya Avşarın qızı rəqib gördüyü qızı çayla yandırdı - FOTOLAR
09:00 13.03.2013
2172
Hülya Avşar və Kaya Çilingiroğlu cütlüyünün 16 yaşlı qızı Zəhra keçmiş partnyoru ilə birlikdə gördüyü qızın üstünə çay töküb. Hadisə İstanbulun məşhur Etilər səmtindəki kafelərdən birində baş verib. Məlumata görə rəfiqəsi ilə “GQ” adlı məkana gedən Zəhra Çilingiroğlu burda keçmiş partnyorunu başqa qızla birlikdə görüb. Cütlüyün yanına gedən Zəhra stolun üstündəki dəmliyi götürərək içindəki çayı qızın üstünə atıb və məkandan ayrılıb. Qaynar çaydan qorunmaq istəyərkən qaçmağa çalışan zərərçəkmiş isə başını qəza ilə divara çırpıb.Qeyd edək ki, xəstəxanaya çatdırılan qız ambulator müayinədən sonra evə buraxılıb. Onun sinəsində yüngül dərəcəli yanıq xəsarətinin olduğu bildirilib. Daha sonra polis bölməsinə dəvət edilərək ifadəsi alınan zərərçəkmiş şikayətçi olmadığını bildirib.