''Humana'nın satışının dayandırılmasını dəstəkləyirəm' - Eyyub Hüseynov

Bütün Xəbərlər
14:05 12.06.2013
3048

Xəbər verdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə Humana uşaq qidalarında zəhərli, kifli maddə olduğuna görə satışına qadağa qoyulub. “Humana”nın “Melisa, alma və şirin yuxular” çaylarında maya göbələkləri, raziana və “Zirə” çaylarında isə kif və maya göbələkləri aşkar olunduğundan onun bazara çıxarılması qadağan edilib. Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən AİB sədri Eyyub Hüseynov qida sektorunda qanunların işlək vəziyyətdə olmadığını bildirdi. Onun fikrincə, bu sahədə kifayət qədər qanun layihələri olsada, bunlara riayət olunmur: “İndiyədək Azərbaycanda qida sənayesində qidanın təhlükəsizliyi ilə əlaqədar qanunvericilik mükəmməl tənzim olunmayıb. Olan qanunlar isə işlək vəziyyətdə deyil. 2001-ci ildə yod xəstəliklərinin kütləvi prafilaktikasi məqsədi ilə qidanın yodlaşdırılmasında qanun qəbul edildi. Qanunun 8 iş maddəsinə görə Azərbaycanda yodsuz duz satışına qadağa qoyuldu. Hətta bu cür qidaların heyvanlara verilməsi qadağan edildi. Lakin bununla belə bu gün bazarın 20%-i yodsuz duz satışını davam etdirir”. E.Hüseynov Humana uşaq məhsullarının bazardan çıxalılmasını müsbət qarşıladığını deyib: “Humana məhsulunun satışının dayandırılmasına gəlincə isə bunu dəstəkləyirəm. Çünki körpə qidalarında böyük problemlər yaşanıb, onun tərkibində olan soya ununun uşaq orqanizmi üçün böyük təhlükəsi var. Çox güman ki, dövlət orqanları daha ayrı komponentlər aşkar edibdir. Nə qədər ki effektli istehsal gücünə sahib deyilik, nə qədər ki istehlaçıların hüquqları qorunmur, vəziyyət belə olacaqdır. O ki qaldı uşaq qidalarına qarşı aparılan monitorinqlərə, biz bu sahədə çoxsaylı layihələr həyata keçirmişik. Biz uşaq qidalarının Azərbaycan dilində etiketlənməsinə nail olmuşuq. Onun saxlanma şəraiti ilə bağlı işlər aparmışıq. Bu gün körpə qidalarının əksəriyyəti 20 dərəcən yuxarı temperaturda saxlanılır ki, bu da qanunla qadağa olunmuş temperatur göstəricisidir. Saxlanma şəraitinə görə, təbii ki, zəhərlənmənin qurbanları da artır”.

OXŞAR XƏBƏRLƏR