Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR

Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
SOSİAL
11:49 25.09.2026
157
Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin bədii kollektivinin təqdimatında "Musiqimiz – Kimliyimiz” adlı konsert proqramı Ağdam Muğam Mərkəzində baş tutub.

AZXEBER.COM xəbər verir ki, konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.

Tədbirdə çıxış edən Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova Üzeyir Hacıbəylinin Azərbaycan professional musiqi sənətinin formalaşması və inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirib ki, dahi bəstəkar milli musiqi ənənələrini qoruyaraq Azərbaycan professional musiqi məktəbinin əsasını qoyub, yaradıcılığı ilə milli musiqimizin inkişafında yeni mərhələ yaradıb. Direktor, həmçinin belə sənət tədbirlərinin milli musiqi irsinin yaşadılması, gənc nəslə ötürülməsi və musiqi təhsilinin inkişafında əhəmiyyətini vurğulayıb.

Konsert proqramında Azərbaycan musiqisinin müxtəlif janr və istiqamətlərini əhatə edən əsərlər təqdim olunub. Proqram "Çahargah” kompozisiyası ilə davam edib.

Daha sonra "Cənnətim Qarabağ”, "Ritm kompozisiyası”, "Azərbaycan” və "Sevgi valsı” əsərləri səsləndirilib. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu” operasından "Nazlı yar”, eləcə də Üzeyir Hacıbəyli və Əhməd Cavadın "Çırpınırdı Qara dəniz” əsərləri təqdim olunub.

Proqramda həmçinin "İntizar”, "Gözəlləmə” və "Bilal Şəşəngisi” havalarından ibarət kompozisiya, Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sevgili canan”, bəstəkarın "Arşın mal alan” operettasından "Gülçöhrənin ariyası” əsərləri yer alıb.

"Musiqimiz - Kimliyimiz" adKonsert "Segah təsnifi”, Tofiq Quliyevin "Dərviş Parisi partladır” kinofilmindən musiqi, Tofiq Quliyev və Fikrət Qocanın "Məhəbbət çırağı” əsəri ilə davam edib. Proqram xalq mahnısı "Bağçada gül” ilə yekunlaşıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
13:10 25.09.2026
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edildi
13:08 25.09.2026
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edildi
"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
12:45 25.09.2026
"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul etdi - FOTOLAR
12:43 25.09.2026
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul etdi - FOTOLAR
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
12:40 25.09.2026
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
12:28 25.09.2026
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
12:27 25.09.2026
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
12:25 25.09.2026
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
Prezident Kobaxidzeyə zəng etdi
12:08 25.09.2026
Prezident Kobaxidzeyə zəng etdi
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
12:07 25.09.2026
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
12:04 25.09.2026
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
11:59 25.09.2026
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026