Humay Qədimova Daxili İşlər Nazirliyinə müraciət etdi - VİDEO

Humay Qədimova Daxili İşlər Nazirliyinə müraciət etdi - VİDEO
SOSİAL
23:32 04.11.2022
804
Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.

Tarzən bu barədə öz "Instagram” profilində paylaşım edib. 

O bildirib ki, sürücüsü Ekologiya Postu adlanan ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən haqsız yerə saxlanılıb. 

Polis inspektoru sürücünün içkili olmadığı halda, içkili olduğunu iddia edib, daha sonra ondan sənədlərini tələb edib.  Humay Qədimova həm də qeyd edib ki, həmin inspektor avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istəyib. ///oxu.az
OXŞAR XƏBƏRLƏR