Hüquq fakültəsində oxuyan qız "modellər kraliçası” seçildi - FOTO

Hüquq fakültəsində oxuyan qız "modellər kraliçası” seçildi - FOTO
MAQAZİN
11:08 19.11.2018
3271
"Miss Türkiyə 2017” müsabiqəsində ikinci seçilən izmirli model Pınar Tartan "Dünya modellər kraliçası” yarışmasında birinci olub.

Dünən Çinin Şenzhen şəhərində 70 ölkənin iştirak etdiyi 30-cu "Dünya manikenlər kraliçası” yarışması keçirilib. Türkiyəli model müsabiqənin finalçısı olaraq gözəllik tacını başına taxıb.

Yarışmada Konqo gözəli ikinci, Uruqvay gözəli üçüncü, Polşa gözəli 4-cü, Çin gözəli isə 5-ci olub.

Qeyd edək ki, Yaşar Universitetinin Hüquq Fakültəsinin ikinci kursunda oxuyan Pınar Tartan ingilis dilini mükəmməl bilir və pianono çalır.
 
///Publika.az
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR