Hüquq müdafiəçiləri prezidentin əfv fərmanını dəstəklədi - AÇIQLAMA

Hüquq müdafiəçiləri prezidentin əfv fərmanını dəstəklədi - AÇIQLAMA
Bütün Xəbərlər
22:58 26.12.2012
957

Ölkə başçısı İlham Əliyev dekabrın 26-da növbəti əfv sərəncamı imzalayıb. Siyahıda vicdan məhbuslarından Vidadi İsgəndərli, Şahin Həsənli, Taleh Xasməmmədov, jurnalistlərdən Aydın Canıyev, Anar Bayramlının adları var.

Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü, deputat Çingiz Qənizadə qəzetimizə açıqlamasında əfvi müsbət qiymətləndirdi və yerdə qalan məhbusların da azadlığı uğrunda səylərini artıracaqlarını qeyd etdi: “Prezident tərəfindən humanist bir addımdır və yüzlərlə insanı, ailələrini sevindirib. Monitorinq Qrupu olaraq hesab edirik ki, bizim siyahımızda olan şəxslərin, yəni Vidadi İsgəndərli, Şahin Həsənli və başqalarının azadlığa buraxılması müraciətlərimizin diqqətə alınmasının nəticəsidir. Amma növbəti əfv fərmanları da olacaq. Yerdə qalanların azadlığa çıxması istiqamətində səylərimizi artıracağıq. Nigar Yaqublunun işinə gəlincə, onun barəsindəki hökm qüvvəyə minməyib və ona görə də hüquqi baxımdan əfv mümkün deyildi. Ancaq apelyasiya instansiyasından sonra buna nail olmağa çalışacağıq”,

Hüquq müdafiəçisi Eynulla Fətullayev də vicdan məhbuslarının adlarının əfv siyahısında olmasını AŞ PA-nın yanvar sessiyası ərəfəsində yüksək addım kimi qiymətləndirdi. //musavat.com

OXŞAR XƏBƏRLƏR