Hüquq müdafiəçisi Həsən Hüseynli İlham Əliyevin 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, H. Hüseynlini Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qarşısında yaxınları qarşılayıb. Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəlli də var.



