Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

GƏNCLİK
16:55 10.01.2023
1636
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsinin qalib layihələrindən biri layihə rəhbəri Kərimova Elmiranın olduğu "Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqə”-dir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7 yanvar tarixində Azərbaycan İncəsənət Məktəbində həyata keçirilmişdir.

Layihə çərçivəsində qeydiyyatdan keçən 100-ə yaxın gəncdən 20-i müsahibə mərhələsindən uğurla keçərək iştirak haqqı qazanmışdır.

Müsabiqə zamanı gənclər iki nominasiya: tamaşa və şeir nominasiyaları üzrə istedadlarını sərgilədilər. Çıxışlar Azərbaycan Respublikasının Xalq Artisti, professor, aktyor Məmməd Səfa Qasımov, pedaqoq, aktyor Məhəmməd Verdizadə və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, eyni zamanda aktyor Fərid Bağırovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Qalib gənclər hədiyyə və sertifikatla, layihədə aktiv iştirak edən gənclər isə sertifikatla mükafatlandırıldılar.

Müsabiqə zamanı Hüseyn Cavid yaradıcılığının ədəbiyyatımızda rolu, onun həyat yolu və əsərləri barədə gənclərimizə ətraflı məlumat verildi.

Layihənin əsas məqsədi gənclərin ədəbiyyata olan marağını artırmaq və bədii ədəbiyyat sahəsində bilik və bacarıqlarının təkminləşdirilməsinə yaxından dəstək olmaqdır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər