"Hüseyn Dərya gəlsin uşağına atalıq etsin..."

"Hüseyn Dərya gəlsin uşağına atalıq etsin..."
ŞOU-BİZNES
00:31 16.11.2011
1844

Sona Muradova: "Gecə saat 4-də mesaj gəlirdi ki, "gəl mən səni gözləyirəm"

Son günlər boşanma xəbəri ilə yenidən gündəmə gələn rep ifaçısı Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova Qafqazinfo.az saytına müsahibəsində Hüseynin onların boşanmaları barədə verdiyi açıqlamalara münasibət bildirib: "Düzdür, ayrı yaşamağımız barədə dedikləri doğrudur, amma hələlik boşanmamışıq. Biz fevral ayından bir yerdə yaşamırıq. Hüseynlə aramızda dava düşdü və mən də o vaxtdan anamgildə yaşayıram. Gəlir-gedir, uşağa baxır. Məclislərə bir yerdə gedirik. Bu yaxınlarda bacımın toyu oldu, Hüseyn də gəlmişdi. Amma ayrı yaşayırıq". S.Muradova Hüseynlə ayrı yaşamalarına xəyanətin səbəb olduğunu açıqlayıb: "Telefonuna hansısa bir qızdan gələn mesajı gördüm və bundan sonra “artıq bəsdir” deyib evdən çıxdım. Bilirsiniz, hər şeyin bir həddi var. Artıq səbr kasam dolmuşdu. Nə qədər mesajlar gələr, nə qədər bəhanələr olar? Gecə saat 4-də mesaj gəlirdi ki, “gəl mən səni gözləyirəm”. Bilirəm o sənətçidir, çox adam çox şey yaza bilər”. Mart ayında boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini deyən Sona Muradova ailəsinin bundan xəbərsiz olduğunu deyib: "Hüseyn xəbər tutan kimi gəlib anamla danışdı, boşanmağıma qarşı çıxdı ki, uşağımız var, belə, elə. Uşağa görə daha ərizənin arxasınca getmədim. Anam da çox qarşı çıxır, Hüseynin xətrini çox istəyir". Hüseyn Dəryanın həyat yoldaşı hələ də rəsmi nikahda olmalarına baxmayaraq barışmaq niyyətində olmadığını deyib: "Biz əslində elə boşanmış kimiyik. Rəsmi nikahı pozmaq üçün bircə imza lazımdır. Barışmaq üçün indi nə, o, buna cəhd edir, nə də mən. Artıq özümə yeni həyat qurmaq istəyirəm. Bir var sevgilinlə əzablı həyat, bir də var yaxşı həyat. Artıq yaxşı həyatı seçmək istəyirəm. Ona qarşı sevgim tükənməyib, artıq ona qarşı başqa hissim var. Sevsəm də, özümə qarşı hörmət istəyirəm. Nə qədər olar?! Söz verir, 10-15 gün yaxşı olur, sonra yenə başlayır. Artıq mən dediklərimi o, o dediklərini mən həzm edə bilmirəm. Əvvəllər çox güzəştə gedirdim ki, bəlkə düzələr. Düzələn deyil. Deyirdi, səndən ayrılsam, mən kişiyəm gedib yenə də ailə quracağam. İndi sərbəstdir, getsin ailə, uşaq sahibi olsun, xoşbəxt olsun. Toyuna məni də dəvət etsin (gülür). Ondan heç nə istəmirəm. Gəlsin boşanma ərizəsini yazsın, bir də uşağına yenə də atalıq etsin..."

OXŞAR XƏBƏRLƏR