Hüseynə görə şəhərdə xaos yaradanlar avtomobili bu hala saldılar- FOTOLAR+VİDEO

SOSİAL
12:50 13.11.2018
6972
Xəbər verdiyimiz kimi, tanınmış viner Hüseyn Həsənov Bakıda fanatları ilə görüş keçirib.
 
AZXEBER.COM-un məlumatına görə, görüşdən öncə Bakı küçələrində gərginlik yaşanıb.
 
Belə ki, Hüseyni görməyə tələsən gənclər ətrafdakı insanlara və avtomobillərin hərəkətinə də mane olublar.
 
AZXEBER.COM-a müraciət edən Bakı sakini Toğrul Səfərli bildirib ki, həmin gün təşkilatçıların onun dayısının avtomobilinin üzərinə çıxıblar: "Onlar maşının üstünə çıxaraq, iphone x paylayıblar. Nəticədə maşına ciddi ziyan dəyib, üstü batıb, güzgüsü sınıb. Biz məhkəməyə müraciət edəcəyik. Necə olur ki, şəhərin düz mərkəzində belə xaos yaranır və buna göz yumurlar?
 
Zərərçəkən avtomobilin fotolarını və həmin gün çəkilən videonu da təqdim edib.
 
Qeyd edək ki, video vlogger Fərid Əliyevə məxsusdur.
 
Həmin görüntüləri təqdim edirik:
 
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR