Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib

Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib
DÜNYA
20:41 26.04.2025
489
"Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə yerləşən ABŞ-nin "Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib.

Bunu üsyançıların hərbi sözçüsü Yəhya Sariya husilərə məxsus "Al Masirah” telekanalının efirində bildirib.

"ABŞ-nin ölkəmizə qarşı hər gün davam edən təcavüzünə cavab olaraq Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ABŞ-nin "Harri Truman" aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi gəmilərə qarşı birgə əməliyyat keçirib. Onlara Qırmızı dənizin şimalında bir neçə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum edilib", - hərəkatın sözçüsü deyib.

Saria, həmçinin bildirib ki, üsyançı qüvvələr ABŞ-nin eskalasiyasına cavab verməyə hazırdır.

"Qırmızı və Ərəb dənizlərində hərbi əməliyyatlar Qəzzaya qarşı təcavüz bitənə və blokada götürülənə qədər davam edəcək”, - o əlavə edib.
 
/Report
OXŞAR XƏBƏRLƏR