Husilər Səudiyyə Ərəbistanının paytaxtına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının paytaxtına zərbə endirdilər
DÜNYA
06:48 12.11.2026
99
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə zərbə endirməyə nail olub", - o deyib.

Sarianın sözlərinə görə, husilər həmçinin pilotsuz uçuş aparatları ilə Yənbu şəhəri yaxınlığındakı neft infrastrukturunu hədəfə alıblar.
OXŞAR XƏBƏRLƏR