Husilər Təl-Əvivdəki obyektlərə ballistik raketlərlə zərbə endiriblər
DÜNYA
00:38 03.04.2026
792
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı İsrailin paytaxtı Təl-Əvivdəki obyektlərə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
Husilərin nümayəndəsi hücumun nəticələri barədə məlumat verməyib.
O, həmçinin qeyd edib ki, "Ənsar Allah" regiondakı müharibəyə müdaxiləsinin hazırkı mərhələsində dayanmayacaq. Saria izah edib ki, husilər hadisələrin inkişafına uyğun hərəkət edəcəklər.