Husilər Təl-Əvivi vurublar: Hava limanı fəaliyyətini dayandırıb

Husilər Təl-Əvivi vurublar: Hava limanı fəaliyyətini dayandırıb
DÜNYA
09:47 16.05.2025
561
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına verdiyi açıqlamada deyib.

O bildirib ki, raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb.
OXŞAR XƏBƏRLƏR