Hüsnü Mübarəkə hökm iyunun 2-də oxunacaq

Hüsnü Mübarəkə hökm iyunun 2-də oxunacaq
Bütün Xəbərlər
12:08 23.02.2012
1381
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin hökmü iyun ayının 2-də oxunacaq. Bu barədə məlumat verən Qahirə məhkəməsi qeyd edib ki, göstərilən tarixdə, eyni zamanda, Hüsnü Mübarəkin oğulları, sabiq daxili işlər naziri Həbib əl-Ədli və cinayətlərdə əli olduğu iddia edilən digər 6 hökumət rəsmilərinin aqibəti bəlli olacaq.Qərarla bağlı hakim Əhməd Rəffat açıqlama verib. Məhkəmə qərarının mediaya canlı olaraq çatdırılacağını bildirən Rəffat əlavə edib ki, qərarın ədalətli olacağı ilə bağlı and içiblər. "Və bu anda heç vaxt xəyanət etmərik"- deyə Rəffat fikrini ifadə edib.Qeyd edək ki, Hüsnü Mübarək 800-dən çox insanın ölümü ilə nəticələnən etirazlar zamanı törətdiyi cinayət əməllərinə görə ittiham edilir. Günahı sübut olunacağı təqdirdə onu ölüm cəzası gözləyir. Müttəhimlər isə öz növbələrində iddia edilən ittihamları qəbul etmirlər. Və törədilən zorakılıqlarda əllərinin olmadığını iddia edirlər.
OXŞAR XƏBƏRLƏR