Hövsanda 31 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Hövsanda 31 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
HADİSƏ
20:13 20.08.2025
389
Suraxanı rayonunda qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR