Məşhur müğənni anadan olduğu Nyu-Cersi ştatında dəfn ediləcək
Şənbə günü dünyasını dəyişən məşhur müğənni Uitni Hyustonun dəfn mərasiminin fevralın 17-də, cümə günü keçirilməsi gözlənilir.
Fevralın 11-də Los-Ancelesdə hotel otağında ölü tapılan Hyustonun cənazəsi dəfn edilmək üçün anadan olduğu Nyu-Cersi ştatına göndərilib.
Rəsmilər dəfn mərasimi üçün məşhur müğənninin ailə üzvlərinin Nyu-Cersiyə gəlməsini gözlədiklərini bildiriblər.