AİF məlumat yaydı.
2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun xətti ilə 476 vətəndaşa ipoteka krediti verilib.
AZXEBER.COM Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir ki, 2015-ci ilin I rübündə verilən ipoteka kreditlərinin həcmi 16 318 təşkil edib, cari ilin 1 yanvar tarixinə isə bu göstərici 15 842 min kredit olub.
Fondun məlumatına görə, müvafi dövrdə yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə (adi və güzəştli) 137 482 900 manat təşkil edib.
Xatırladaq ki, Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 452 ipoteka krediti veriblər.
Qeyd edək ki, fond Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində yaradılıb.