“IB Club” fevral ayında 2 seminar keçirdi

“IB Club” fevral ayında 2 seminar keçirdi
GƏNCLİK
00:56 20.02.2012
2809

İlk Gənclər Klubu “IB Club” Fevral Ayında 2 Seminar Təşkil Edib...

Azərbaycanın İlk Gənclər Klubu “IB Club” İnkişaf Mərkəzi hər ay olduğu kimi bu ay da üzvləri üçün seminarlarını davam etdirdi.

Ay ərzində 2 seminar, "Karyera planlaşdırılmasında şəxsi inkişafın rolu" və Əməkdaşlıq etdiyi “Shine Xaricdə Təhsil” şirkəti ilə birgə həyata keçirdiyi “Xaricdə Təhsil” seminarı baş tutdu.

12 fevral tarixində “IB Club” üzvləri üçün təşkil olunmuş 43 nəfərlik auditoriya əhatə edən"Karyera planlaşdırılmasında şəxsi inkişafın rolu" seminarında gəncləri ən çox maraqlandıran sahələrdən biri karyera və şəxsi inkişafın burada rolu barədə geniş məlumat verildi. Seminar peşəkar təlimçi, “Karyera Bələdçisi” və “Fərdi İnkişaf və Karyera” kitablarının müəllifi Eyvaz Qocayev tərəfindən aparıldı. Seminar “Şəxsi dəyərlər”, “İş dəyərləri”, Könüllülük”, “Karyera qurmaqda sosial şəbəkələrin köməkliyi” və “Düzgün peşə seçimi və uğurlu iş axtarışı sirləri” kimi mövzuları əhatə edib. Seminarda aktivliyi ilə seçilən 7 İştirakçıya Eyvaz Qocayevin imzalı "Karyera Bələdçisi" və "Fərdi İnkişaf və Karyera" kitabları hədiyyə edilib. Qeyd olunan seminar gənclər tərəfindən çox böyük maraqla qarşılanıb və iştirakçılar seminardan çox xoş və pozitiv təəssüratlarla, “IB Club”un bu tipli seminarlarında yenidən iştirak etmək həvəsi ilə ayrılıblar.

Bəzi iştirakçıların seminarda nələr öyrəndikləri haqqında təəssuratlarını sizinlə bölüşmək istərdik.

Seminar iştirakçılarından biri, “IB Club” üzvü Azad Əliyevin seminar haqqında fikirləri: “Ümumiyyətlə motivasiyanın həyatımızda nə qədər böyük rol oynadığını Eyvaz bəyin sayəsində öyrəndim. Fikrimcə “Fərdi inkişaf və karyera” haqqında az müddətdə bir çox məlumat ala bildim. Gələcəkdə belə seminarların daha çox olmasını istərdim.”

Digər bir iştirakçı və “IB Club” üzvü Səbinət Hüseynova: “Karyera qurulmasına aid insan həyatında baş verə biləcək bütün dəyişiklikləri öyrəndim. Bundan başqa karyera seçimi zamanı nələrə diqqət etməli olduğumuzu da öyrəndim. Seminarda İlk öncə insanın özünü tanımalı və öz xarakter və istəklərinə görə karyera qurmalı olduğumuz bildirildi. Motivasiyanın insan həyatında mühüm rolu, hər zaman ətrafımızda motivasiya edə biləcək insanların çox olmalı olduğunu öyrəndim.”

“Xaricdə Təhsil” Seminarı isə qeyd etdiyimiz kimi “IB Club” təsisçiləri tərəfindən yaradılmış, əməkdaşlıq etdiyimiz şirkət “Shine Xaricdə Təhsil” şirkəti ilə birlikdə həyata keçirilmişdir. Seminar şirkətin Mütəxəssisi Tərəfindən aparılmış və iştirakçılar “Xaricdə Təhsil”lə bağlı onları maraqlandıran bir çox suallara cavab tapa bildilər. Ümumilikdə seminarda “Xaricdə Təhsil xidmətinə nələr aiddir”, “Xaricdə dil kurslarına necə getmək olar”, “WAT proqramı nədir və üstünlükləri nələrdir”, “Necə xaricdə təhsil almaq olar”, “Xarici dil bilgimizi necə artıra bilərik”, “Ölkədən kənarda dil öyrənməyin və yaşamağın üstünlükləri”, “Bütün bunların maliyyəsi nə qədərdir”, “Niyə "Shine Abroad Education"-la getmək lazımdır” kimi məsələlər iştirakçılara ətraflı izah olundu.

İnkişaf Etmək, əylənərək öyrənmək istəyən hər bir gənc "IB Club" üzvü olaraq xidmətlərimizdən yararlana bilər.

“IB Club” Sənin, Gəncin İnkişaf Mərkəzi! Hər Zaman Fəqli!

Əlaqə nömrələri:

055 238 40 08,012 480 34 61.

Email: [email protected]/* */

Ünvan: Caspian Plaza 1, 6-cı mərtəbə. (Cəfər Vabbarlı 44, Nizami metrosunun yaxınlığı)

Biz Facebookda:https://www.facebook.com/ibclubfan

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
20:31 04.04.2026
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub