Gənclər inkişaf mərkəzi olan “IB Club”un təşkil etdiyi 3 günlük “Mənim Üstün Potensialım” kampı Möhtəşəm şəkildə başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, Lənkəranda yerləşən “Palıdlı” istirahət mərkəzində keçirilən və Gənclərin inkişafı üçün təşkil olunmuş kampda müxtəlif şəxsi inkişaf təlimləri ilə yanaşı əyləncəli və intellektual oyunlar, movie night, gala gecəsi də keçirildi. Bu kamp “IB Club”un keçən il keçirilən “Mənim inkişaf kampım”dan sonra keçirilən 2-ci kampıdır.
Xatırladaq ki kamp 23,24,25 mart tarixlərində keçirilib.
“IB Club” rəhbərliyinin verdiyi məlumata görə növbəti kamp bu ilin yay aylarında gözlənilir.
IB Club-un keçirəcəyi Növbəti kamp və digər layihələr haqqında məlumatları daim yenilənən rəsmi Facebook səhifəsindən əldə edə bilərsiniz .
www.facebook.com/ibclubfan