'IB Club' və 'Vita1000' meyvə suları 1 illik müqavilə imzaladı

GƏNCLİK
16:45 11.06.2012
3613

Azərbaycanın İLK Gənclər klubu olan IB Club və Vita1000 meyvə suları 1 illik müqavilə imzaladı.

Bundan sonra Gənclər istədikləri kitabları rahat və ÖDƏNİŞSİZ əldə edə biləcəklər. Belə ki, Gənclərə hərtərəfli dəstək olan Vita1000 meyvə suları bu dəfə Gənclər üçün Kitab dəstəyi göstərir. Hal hazırda 4 müxtəlif dildə (Azərbaycan, Türk, Rus, İngilis) 600-dən çox kitabı olan “IB Club”-la bağladığı müqaviləyə əsasən hər ay kitabxanada kitabların sayının artırılması üçün dəstək göstərəcək. Kitablar dünya ədəbiyyatı, şəxsi inkişaf, biznes və xarici dilinin inkişafına yönəlmiş mövzularda olacaq.

Kitab Həvəskarlarının nəzərinə: Kitabları “IB Club” kitabxanasından ÖDƏNİŞSİZ olaraq əldə edə bilərsiniz.

Oxumaq istədiyiniz kitabları bizə yazın və əldə edin .

Əlavə məlumat və kitabların siyahısı: https://www.facebook.com/iblibrary

OXŞAR XƏBƏRLƏR