İB Gənclər Festivalı Binəqədi və Yasamal gəncləri qarşısında

İB Gənclər Festivalı Binəqədi və Yasamal gəncləri qarşısında
Bütün Xəbərlər
12:33 20.06.2016
809
17 İyun tarixində Yeni Azərbaycan Partiyasının Binəqədi və Yasamal rayon təşkilatlarında IB GənclərFestivalının təqdimatı baş tutmuşdur.
Təqdimat çərçivəsində YAP Gənclər Birliyinin nümayəndəsi Aliyə Ağrılı və YAP Binəqədi Gənclər
Birliyinin sədri Mahmud Məmmədzadə Festivalın indiyə qədər ölkə miqyasında baş tutan ən böyükgənclər tədbiri olduğunu vurğulayıb və bütün YAP gənclərini Festivalın 11001 gəncindən biri olmağa
çağırıblar. Ölkədə aparılan və şəxsən cənab Prezidentin diqqət mərkəzində olan gənclər siyasətininuğurla icra olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. YAP Gənclər Birliyi hər zaman böyük və
fərqli layihələrdə təşkilatçı və dəstəkçi kimi çıxış etmişdir. Təsadüfi deyil ki belə fərqli və ən böyükgənclər tədbirində YAP Gənclər Birliyi təşkilati dəstəkdir.
Eyni zamanda IB Gənclər Festivalının layihə rəhbəri Kəmaləddin Nəzərli Festival haqqında da YAPgənclərinə ətraflı məlumat vermişdir. Layihədə çıxış edəcək məşhurlar, proqram haqqında ətraflıməlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Təqdimatlardan dərhal sonra Festivalda iştirak etməkistəyən gənclər dəvətnamələrini əldə ediblər.
Günün ikinci yarısı IB Gənclər Festivalının təqdimatı Yasamal rayon YAP təşkilatında baş tutub.
Təqdimatda həmçinin YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov və Gənclər Birliyininsədri Bəxtiyar Nəbiyev iştirak etmişdir. Natiqlər ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açmışvə belə bir layihələrin təşkilində cənab Prezindentin qayğısını tədbir iştirakçılarının diqqətinəçatdırmışdır. IB Gənclər Festivalının bir ilk olduğunu diqqətə çatdıran rəsmilər dəvətnamə götürənlərsiyahısında adını ilk yazdıranlardan olmuşdur.
Xatırladaq ki, 25 İyun tarixində baş tutacaq IB Gənclər festivalında ölkənin məşhur simalarının vəməşhur ifaçıların çıxışları, gənclər üçün müxtəlif hədiyyələr və təkliflər, ilk dəfə olaraq 11001 gəncin birarada oxuyacağı xor və digər maraqlı əyləncə və aktivliklər gözləyir. IB Gənclər Festivalı 15:00-da BakcellArenada baş tutacaq.
Dəvətnamə əldə etmək üçün IB Club baş ofisinə(Caspian Business Center, 5-ci mərtəbə) və ya 1 saylı
Asan Xidmət mərkəzinə yaxınlaşa bilərsiniz
Daha ətraflı: http:
OXŞAR XƏBƏRLƏR