İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yayıldı

İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yayıldı
Bütün Xəbərlər
12:32 11.04.2013
1408

Naxçıvan MR Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yayıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya daxil olan açıqlamada qeyd olunur ki, İbrahim İbrahimlinin Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində özlərini DİN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamlar tam əsassız və uydurmadır.

Açıqlamada daha sonra bildirilir: “Hadisənin ilkin araşdırılması zamanı məlum olub ki, İbrahim İbrahimli 6 aprel 2013-cü il tarixdə Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta “xalq diplomatiyası” haqqında söhbətlər aparıb, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunutəbliğ etməyə çalışıb. Bu iddialarının davamı olaraq o, xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun “Daş yuxular” adlı romanının ideya xəttini müdafiə edib, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparan şəxsin hiddətinə səbəb olub. Yas mərasimini idarə edən din xadimi İbrahim İbrahimliyə dini inanclarımıza əsaslanaraq vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah edib, Həzrəti Peyğəmbərin “öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür”, “Vətəni sevmək imandandır” kəlamlarını misal çəksə də, İbrahim İbrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr edib. Bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi tərəfindən ondan yas mərasimini tərk etməsi tələb olunub. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olan İ.İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə başlayıb, onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi isə dava-dalaşla nəticələnib.

İbrahim İbrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmək əvəzinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun muxtar respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur. Naxçıvan MR Daxili İşlər Nazirliyi onun bu kimi əsassız ittihamlarını ucuz siyasi dividentlər qazanmaq cəhdi kimi qiymətləndirir və bildirir ki, İbrahim İbrahimli müraciət edəcəyi təqdirdə, hadisə istintaq yolu ilə araşdırıla bilər”.

Qeyd edək ki, İbrahim İbrahimli aprelin 6-da Naxçıvanda özlərini polisin və MTN-in əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən oğurlandığını, başına torba keçirilərək Duzdağ deyilən yerə aparıldığını və döyülərək təhqir olunduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi