Bu gün prezident İlham Əliyevin sərəncamı ilə AZTV-nin sədr müavini vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə verilib.
AZXEBER.COM-un əldə etdiyi özəl məlumata görə İbrahim Məmmədovun yeni işi Region televiziyasında olacaq.
Sözügedən televiziyanın mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov məlumatı təsdiqləyib:
"İbrahim Məmmədov bundan sonra Region televiziyasının sosial-analitik məsələlər üzrə sədr müavini kimi çalışacaq"
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalamışdı.