“Həkimlər dərmanla yatırtma yolunu seçib”.
Amerikada beyin əməliyyatı olduqdan sonra 6 gün boyunca oyanmadığı iddia edilən İbrahim Tatlısesdən yeni xəbər var.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçınınmeneceri Eyüp Kanat Tatlısesin son vəziyyəti barəsində bunları deyib:
“Yazılanlar həqiqətə uyğun deyil. İbrahim bəy oyanıb, amma ağrıları olduğu üçün həkimlər dərmanla yatırtma yolunu seçib. Bir neçə gündən sonra bu dərmanlartamamilə kəsiləcək. Beyin funksiyaları yaxşıdır. Qorxulu heçnə yoxdur”.