‘İbrahimbəyov anlayırdı ki, baş yoxdursa bədəni də qoruyub saxlamaq mümkün deyil’

‘İbrahimbəyov anlayırdı ki, baş yoxdursa bədəni də qoruyub saxlamaq mümkün deyil’
Bütün Xəbərlər
13:26 29.11.2013
965

“Bu oyunda ən çox Əli Kərimli uduzdu”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında milli məclisin deputatı Zahid Oruc söyləyib. Deputat, R.İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsinin gözlənilən olduğunu deyib:

“Rüstəm İbrahimbəyovda nə mənəvi nə də siyasi heç bir keyfiyyət yox idi. Onun yalnız dramaturgiyaya bacarığı var. Niyə Rüstəm bəy, dünyanın bir çox ölkələrinə səfərlər etdi ancaq Azərbaycana hələ də gəlmədi? Ona Bakıya gəlməməsi üçün heç bir qanuni məhdudiyyət qoyulmayıb. Ona görə də İbrahimbəyov anlayırdı ki, baş yoxdursa bədəni də qoruyub saxlamaq mümkün deyil. Buna görə də sədrlikdən getmək qərarına gəldi. Bu oyunda ən çox Əli Kərimli uduzdu. Bilirsiniz ki, Müsavat başqanı İsa Qəmbərin namizədliyinə alternativ olaraq Əli Kərimli İbrahimbəyovu dəstəkləmişdi. İndi isə, İbrahimbəyov getdi. İsa Qəmbər ağıllı addım atıb yeni müxalifət modelini yaratmalı və hakimiyyətlə uzalaşmalara getməlidir”.

Xatırladaq ki, R.İbrahimbəyov Milli Şuraya istefayla bağlı məktub göndərib:

“Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR