‘İbrahimbəyov əvvəlcədən prezident olmaq istəmirdi, amma…’ – Zərdüşt Əlizadə

SİYASƏT
15:56 19.09.2013
1554

“Nə gedib Cəmil Həsənli üçün imza topladılar, nə də paytaxtda, bölgələrdə seçicilərlə görüşdülər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə söyləyib. Onu sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli Cəmil Həsənlinin seçkilərdə uğur qazanması üçün heç bir fədakarlıq etmir və yalnız kənardan baş verən prosesləri izləyirlər:

“İsa Qəmbər və Əli Kərimli çox çalışdılar ki, vahid namizəd özləri olsunlar. Ancaq hakimiyyət daxilindən maliyyə resursları əldə edə bilmədikləri üçün Rüstəm İbrahimbəyovu önə verdilər. Ancaq bu da alınmadıqdan sonra onlar yeni bir namizədi ortaya atdılar. Bu da hörmətli alimimiz Cəmil Həsənli oldu. Onlar çox gözəl bilirdilər ki, cəmiyyətdən Cəmil Həsənliyə bir tapşırıq gəlib və Cəmil bəy bu tapşırığı nə olur olsun, yerinə yetirəcək. Bundan istifadə edərək onu önə çəkdilər. İndi isə kənarda oturub prosesi izləyirlər. Ancaq onlar vahid namizədin seçki təbliğatı üçün heç bir iş görmədilər. Nə gedib Cəmil Həsənli üçün imza topladılar, nə də paytaxtda, bölgələrdə seçicilərlə görüşdülər. Bir sözlə, heç bir fədakarlıq etmədilər.

Politoloqun sözlərinə görə, Rüstəm İbrahimbəyov əvvəlcədən prezident olmaq fikrində deyildi. Ancaq, Milli Şura vahid namizəd seçimində kinorejissora heç bir seçim imkanı buraxmadı:

Onlarənənəviseçkitexnologiyalarındanistifadə etdilər, lakinbu, sıradan çıxmış metoddur. Ancaq bunun qarşılığında hakimiyyət əlində olan resurslardan lazımınca istifadə edir. Buna görə də müxalifətin məğlubiyyəti qaçılmazdır. Müxalifət çox böyük səhvlər buraxdı. Bu səhvlərdən biri odur ki, onlar kiminlə oyuna girdiklərini yaxşı bilirdilər. Onlar əvvəldən bilirdilər ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Və onun vətəndaşlığının ləğv olunması siyasi hadisəyə çevriləcək, Rusiya ilə Azərbaycan arasında münasibətlərə yeni çalarlar gətirəcək. Rüstəm bəy düz deyir, o, əvvəlcədən prezident olmaq istəmirdi. Lakin ona seçim imkanı buraxmadılar.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR