İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır

İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır
SAĞLAMLIQ
16:39 10.06.2024
756
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə hemorroidal düyünlərin cərrahi və minimal invaziv yolla müalicəsi məqsədi ilə 12 420  əməliyyat və tibbi prosedur icra olunub. Xəstəliyin müalicəsi ilə bağlı göstərilən tibbi xidmətlərin 97%-i hemorroidal düyünlərin kəsilərək götürülməsi yolu ilə göstərilib. 
Babasilə şübhə olduqda xəstənin kliniki müayinəsi aparılır. Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən rektoskopiya, siqmoidoskopiya və kolonoskopiya kimi instrumental müayinələr təyin oluna bilər. Bu müayinələr icbari tibbi sığorta hesabına qarşılanır. 
Düyünlərin ölçüsü və digər xüsusiyyətlərdən asılı olaraq xəstəliyin müalicəsində fərqli üsullar tətbiq edilə bilər. Xəstəliyin ilkin mərhələlərində konservativ (dərmanlarla) və minimal invaziv müalicə üsulları tətbiq edilir. Lakin ağırlaşmış hallarda  bu xəstəliyin cərrahi müdaxiləsiz sağalma şansı aşağı düşür. İcbari tibbi sığorta çərçivəsində babasilin aşağıda qeyd olunan cərrahi və minimal invaziv üsulla müalicəsi təminata alınıb:
1.Klassik hemorroidektomiya – babasilin ən geniş yayılmış cərrahi müalicə metodudur. Ümumi anesteziya altında aparılan əməliyyat zamanı babasil düyünləri kəsilib xaric edilir. 

Xəstəliyin qeyri-cərrahi yolla müalicə üsulları isə bunlardır:

2.Liqaturanın qoyulması – bu metod düyünlərin xüsusi rezin həlqə ilə sıxılması ilə aparılır. Daha az travmatik olan bu prosedur ağrısız, kəsiksiz və qansız aparılır. 
3.Krioterapiya – babasil düyünlərin toxumaları maye azotun köməyi ilə dondurulur və düyün bir müddət keçdikdən sonra qopur.
4.Skleroterapiya - babasil düyünlərə inyeksiya ilə sklerozlaşdırıcı maddə yeridilir. Tədricən düyün quruyub özü qopur. 
5.Hemorroidal düyünlərin skobalanması və kauterizasiyası –Xüsusi cihazın köməkliyi ilə daxili babasil düyünləri yandırılır. Bu metod xəstəliyin ilkin mərhələsində və hemorrodial qanaxmanı dayandırmaq üçün tətbiq edilir. 
6.Trombozlaşmış hemorroidal düyünlərin evakuasiyası - yerli anesteziya altında  trombozlaşmış  düyündə kiçik kəsik açılır və içindəki qan laxtası boşaldılır. 
Xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı yuxarıda sadalanan xidmətlər icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur. 
Qeyd edək ki, babasil kimi tanınan hemorroy xəstəliyi düz bağırsağın ən çox rast gəlinən xəstəliklərindən biridir. Hemorrodial düyünlər düz bağırsağın aşağı hissəsində varikoz damarların genişlənməsi nəticəsində meydana gəlir. Babasil xəstəliyi düz bağırsaqda diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Xəstəlik həmçinin anal nahiyədə qaşınma, qanama, defekasiya zamanı ağrı, irinli və selikli ifrazatla xarakterizə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub