İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır

İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır
SAĞLAMLIQ
11:24 18.07.2024
967
Prostat vəzi - sidik kisəsinin altında və sidik yolunun ətrafında yerləşən orqandır. Bu orqan böyüdükdə sidik kanalını sıxır.
 
Nəticədə sidik kisəsi tam boşalmır, gündüzlər və gecələr qəfil və ya tez-tez sidiyə çıxmaq istəyi, sidik axınının təzyiqinin azalması, urinasiya zamanı gücənmə, yanma, göynəmə və ağrı kimi simptomlar yaranır. Bu simptomlar olduqda dərhal həkim-uroloqa müraciət etmək lazımdır.  

İlk olaraq pasiyent həkim tərəfindən fiziki müayinə olunur. Xəstəliyin dəqiq diaqnostikası üçün həkim tərəfindən laborator və instrumental müayinələr təyin oluna bilər. Laborator müayinələrə sidiyin ümumi analizi, qanda ümumi və sərbəst prostat spesifik antigenin (PSA) təyini daxildir. İnstrumental müayinələr üçün uroloji ultrasəs müayinəsi, ehtiyac olduqda transrektal USM, KT və MRT müayinələri tövsiyə olunur. Bundan başqa, sidik ifrazat sisteminin funksiyasını dəyərləndirmək üçün uroflumetriya müayinəsi təyin oluna bilər. Ümumi müayinələrin nəticələri əsasında prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa prostat vəzinin biopsiyası da aparıla bilər.

Prostat vəzinin adenomasının dərman müalicəsinə tabe olmaması fonunda yuxarıda qeyd olunan simptomları aradan qaldırmaq məqsədi ilə prostatın transuretral rezeksiyası (TURP) əməliyyatı aparılır. TUR əməliyyatı bəzən prostat vəzin bədxassəli şişi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir.

Prostatın transuretral rezeksiyası (TURP) – dəridə kəsik aparılmadan  təbii sidik kanalından daxil olmaqla sidik axınına maneə törədən prostat vəzin toxumasının kəsilib götürülməsi əməliyyatıdır. Əməliyyat endoskopik üsulla vizual müayinə altında aparılır. Ağırlaşma olmazsa əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılır.

Qeyd edək ki, instrumental və laborator diaqnostik müayinələr, reanimasiya, anesteziya,  əməliyyat və yatış zamanı istifadə olunan dərman və tibbi sərf (kateter), biopsiya və əməliyyat zamanı götürülən toxumanın histoloji müayinəsi, yatış müddətində  qidalanma icbari tibbi sığorta ilə tam qarşılanır. 
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 3385 TURP əməliyyatı icra olunub. Beynəlxalq kliniki protokola görə prostat vəzin həcmi 80 sm³-ə qədər TURP əməliyyatı, daha böyük həcmlərdə isə başqa əməliyyat növləri icra edilə bilər. Bu əməliyyatın açıq əməliyyatdan üstünlüyü ondan ibarətdir ki, sidik kisəsinin tamlığı pozulmur. Bədəndə heç yerdə kəsik açılmadığı üçün pasiyentin  əmək qabiliyyəti tez bərpa olunur. Əməliyyatdan sonra sidik ifrazının pozulması ilə bağlı kişilərin həyat keyfiyyətinə mənfi təsir göstərən simptomlar aradan qalxır.

TURP əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
15:31 02.06.2025
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
15:23 02.06.2025
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
15:06 02.06.2025
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
14:49 02.06.2025
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
14:35 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
14:30 02.06.2025
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
14:23 02.06.2025
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
14:06 02.06.2025
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
13:59 02.06.2025
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
13:59 02.06.2025
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
13:57 02.06.2025
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
13:55 02.06.2025
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi
13:52 02.06.2025
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi