Yayda mağazalardan ən çox alınan məhsullardan biri də içməli sudur. Ancaq maraqlı burasıdır ki, bu suların bəzisinin üstündə saxlama müddəti 1 ay, bəzilərində hətta 6 aydır. "Xəzər Xəbər" qablaşdırılaraq satılan içməli suların qanuna uyğun olaraq saxlanma müddətlərini araşdırıb. Su alarkən bu məqamlara diqqət etmək sağlamlığınız üçün vacibdir.
Mağazalardan içmək üçün alınan su qablarının bəzilərinin üzərində saxlama müddəti bir ay, bəzilərində isə hətta 6 ay göstərilir.
Bu isə plastik qablarda içməli su alan vətəndaşların tərəddüd etmələrinə səbəb olur.
Bəs əslində plastik qablarda qablaşdırılaraq satılan bu sulara maksimum nə qədər saxlama müddəti qoyula bilər? Sualı bu sahəyə nəzarətə birbaşa cavabdeh olan Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev cavablayır. Onun sözlərinə görə, plastik qablarda satılan sular üçün maksimum saxlama müddəti belədir.
Şüşə qablarda satılan sularda isə maksimum saxlama müddəti 9 aya qədər qoyula bilər. Bundan başqa, əgər su mineraldırsa, onun qablaşdırılmış şəkildə saxlama müddət maksimum 1 ildir. Ancaq bu o demək deyil ki, istənilən suyu hansı temperaturda istəsən saxlamaq olar. Suların hamısı təyin olunmuş temperaturda saxlanılmalıdır.
Mütəxəssislər bildirirlər ki, qablaşdırılmış su müddətindən artıq saxlanılsa da, insan üçün heç bir zərəri yoxdur. Ən pis halda suyun tərkibindəki maddələrin aktivliyi azalır. Buna görə ekspertlər alınan suların istehsal tarixinə baxmağı və qısa zamanda istifadə etməyi tövsiyə edirlər.