Türkiyə kinosunun usta aktyoru, Azərbaycan tamaşaçılarının əsasən “Çiçək taksi” və “Akasya durağı” seriallarında “Ramazan baba” obrazıyla tanıdığı Erol Günaydın uzun sürən xəstəlikdən sonra vəfat edib. Yerli mətbuatın məlumatına görə, 79 yaşlı aktyor Kadıköy “Acıbadem” xəstəxanasında bu il 12 apreldən etibarən müalicə olunurdu.Erol Günaydın 1933-cü il Trabzon vilayətinin Akçaabad rayonunda dünyaya gəlib. Aktyorluq həyatında ilk dəfə İstanbul “Qalatasaray” litseyində addım atan aktyor ilk dəfə 1955-ci ildə səhnəyə çıxıb. İlk dəfə 1960-cı ildə filmə çəkilərək peşəkar səviyyədə kino dünyasına addım atıb.Günaydın həyatı boyu 13 teatr, 21 serial və 86 filmdə çəkilib.Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül mesaj yayımlayaraq aktyorun ailəsinə başsağlığı verib.