Xalqımız 20 yanvar hadisələrinin ildönümünü qeyd edir. Bu faciə ölkəmizin hər yerində, o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli faciənin ildönümü ilə bağlı bildirmişdir:
Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidləri tək Azərbaycanın deyil həmdə islam aləminin şəhidləri kimi tanınmalıdır. Çünki o faciədə şəhid olanlar müsəlman və İslam tarixinin ən böyük faciəsi olan Kərbəla faciəsinin sultanı imam Hüseyn(ə)ın məktəbindən dərs almış qəhrəmanlar idilər.
Keçən 25 il ərzində hər sahədə inkişaf edən Azərbaycan xalqı öz milli və mənəvi dəyərlərinə sadiq olaraq öz şəhidlərinə borclu olmalı və şəhidlərimizi hörmət və ehtiramla anmalıdırlar. Hər bir millətin tarixində həm faciəvi məqamlar həmdə qəhrəmanlıq səhifələri olub. Çox nadir hallarda bu iki məqam üst üstə düşür. 20 yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldı. Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı. Ümid edirəm ki, şəhidlərimizdən qəhrəmanlıq dərsi alan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edildiyi vaxt bir daha öz qəhrəmanlığını göstərərək birdaha azad və sağlam cəmiyyətkimi tanınacaq.
İçəri şəhər "Cümə" məscidi dini icması adından Azərbaycan xalqına şəhid ailələrinə və dünya müsəlmanlarına 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq başsağlığı deyirik və bütün şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin...
İçəri şəhər "Cümə" məscidi 15 yanvar.2015