"İçərişəhər" stansiyasında gərginlik yaşanıb

"İçərişəhər" stansiyasında gərginlik yaşanıb
Bütün Xəbərlər
20:43 14.08.2012
1958
Bunu azxeber.com-a açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib. E.Muradovun dediyinə görə, saat 17:28-də metronun «28 May» və «İçərişəhər» stansiyaları arasında 6 KV-luq yüksək gərginlikli elektrik xəttindəki ayırıcıda yanğın və tüstülənmə olub: « - Bu zaman sərnişinlərin zərər görməməsi üçün «İçərişəhər» stansiyasında hərəkəti dayandırmaq göstərişi verildi. Stansiyadan və tuneldən tüstünün çəkilməsi 17:45-də başa çatdı və hərəkət bərpa edildi.». E. Muradov onu da əlavə edib ki, hazırda qeyd olunan istiqamətdə qatarların hərəkəti qrafik üzrə davam etdirilir.
OXŞAR XƏBƏRLƏR