İçərişəhərdə Cənubi Qafqazın ən böyük Kvest Çempionatı keçirilib - FOTOLAR

İçərişəhərdə Cənubi Qafqazın ən böyük  Kvest Çempionatı keçirilib - FOTOLAR
SOSİAL
11:53 20.09.2025
269
20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə İçərişəhərdə tarix və gəncliyi birləşdirən "Bakı Kvest 2025|İçərişəhər” layihəsi keçirilib. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "Böyük Qayıdış” Gənclər Təşkilatı, "CAVAN” Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "Gənc Könüllülər” İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən çempionatda 36 komanda və 540 gənc iştirak edib.

Qoşa Qala meydanında açılış mərasimi baş tutan kvest çempionatı gənclərdə həm komanda ruhunu, strateji düşüncəni və tarixə marağı gücləndirmək, həm də könüllülük  fəaliyyətini təşviq etmək məqsədini daşıyıb.

Cənubi Qafqazın ən böyük Kvest Çempionatının marşrutu gənclərə İçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixi abidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlar İçərişəhərin məhşur və çox az tanınan, lakin tarixi baxımdan mühüm obyektlərini əhatə edərək gəncləri keçmişə səyahət etdirib. 

İntellektual mübarizənin sonunda çempionatın qalibi olan gənc tələbə və könüllülər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev tərəfindən kubok, medal və xüsusi mükafatlarla təltif olunublar. 
Yekunda gənclərin sevimli müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib