İçərişəhərdə qanlı hadisə

KRİMİNAL
20:08 22.06.2014
3614
Müraciət əsasında araşdırmalar aparılır.
Bakı şəhərinin Səbail rayonu ərazisində daha bir xuliqanlıq hadisəsi baş verib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Tağıyeva Mehriban Gəray qızı polisə müraciət edərək bildirib ki, tanışı, Salyan rayon sakini olan 31 yaşlı Elgün Mehdiyev onu İçərişəhərdə döyüb.
Böyük Qala küçəsi 53 ünvanının qarşısında qadının qarşısını kəsən E.Mehdiyev onu bıçaqla hədələyib, yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisənin təfərrüatları, hər iki şəxs arasındakı münasibətlər barədə ətraflı məlumat verilmir.
Müraciət əsasında araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR