ICESCO-nun Baş direktoru: Əminik ki, bu dəfə də Azərbaycanın COP-da iştirakı uğurlu olacaq

ICESCO-nun Baş direktoru: Əminik ki, bu dəfə də Azərbaycanın COP-da iştirakı uğurlu olacaq
SİYASƏT
12:09 11.11.2026
65
Əminik ki, bu dəfə də Azərbaycanın COP-da iştirakı uğurlu olacaq.

Bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik jurnalistlərə açıqlamasında bildirib.

"COP-ların əsas mesajı, demək olar ki, eynidir, lakin ətraf mühitdə və iqlimdə baş verən dəyişikliklərə uyğun olaraq müəyyən fərqlər olur. Ümid edirəm ki, burada iştirak edən hər kəs iqlimlə bağlı müzakirələrin real fəaliyyətə çevrilməsinin vacibliyini nəzərə alacaq. Bütün ölkələrin və təşkilatların öhdəliklərdən konkret fəaliyyətə keçmək üçün qətiyyət nümayiş etdirəcəyinə ümid edirəm. Mənim əsas gözləntim budur", - deyə Baş direktor bildirib.
OXŞAR XƏBƏRLƏR