İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR
İQTİSADİYYAT
12:08 30.09.2026
584
İCMA nümayənədləri işgüzr İstanbul səfərində mühüm görüşlər keçirib.

AZXEBER.COM xəbər verir ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının İstanbul səfəri çərçivəsində bir sıra görüşlər və tədbirlər keçirilib.

28 sentyabr tarixində İstanbulda işgüzar səfərdə olan İCMA İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və "Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri İstanbul Ticarət Universitetini ziyarət ediblər.

İstanbul Ticarət Universitetinin Ahi Çələbi Kampusunda keçirilən proqram çərçivəsində iştirakçılar üçün xüsusi təlim təşkil olunub. Tədbirin açılışını universitetin Prorektoru Prof. Dr. Hanifi Parlar edib. Ardınca Prof. Dr. Murat Kasımoğlu tərəfindən "Dünyadakı inkişaflar işığında Türk dünyasında və qlobal bazarlarda investisiya imkanları” mövzusunda təlim keçirilib.

Təlim zamanı qlobal bazarlarda baş verən dəyişikliklər, Türk dünyasında investisiya imkanları və beynəlxalq iqtisadi proseslərin biznes mühitinə təsiri ilə bağlı mövzular diqqət mərkəzində olub. Təlimin ardından iştirakçılar üçün nahar təşkil olunub və görüş qeyri-rəsmi fikir mübadiləsi ilə davam edib.

Təlimin sonunda İCMA-nın "Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının sədri Sevda Əlizadə tərəfindən Prof. Dr. Murat Kasımoğluna xatirə hədiyyəsi təqdim olunub.

Proqramın davamında İCMA nümayəndələri İstanbul Ticarət Universitetinin Sadabad (Sütlücə) Kampusunda rektorluqla görüş keçirib və kampusla tanış olublar. Görüş zamanı universitetin rektoru Prof. Dr. Nəcip Şimşek tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Universitetdə keçirilən proqramın yekununda İCMA ilə İstanbul Ticarət Universiteti arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Xatirə hədiyyələrini İCMA İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və "Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının sədri Sevda Əlizadə təqdim ediblər.

İşgüzar səfər çərçivəsində İCMA nümayəndələri İstanbul Ticarət Odasını da ziyarət ediblər. İTO-nun Baş katibi Prof. Dr. Nihat Alayoğlu ilə keçirilən görüşdə qarşılıqlı tanışlıq baş tutub, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə yanaşı, qarşılıqlı xatirə hədiyyələri də təqdim olunub.

İCMA-nın İstanbul səfəri çərçivəsində keçirilən görüş və tədbirlər Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişafına, yeni tanışlıqların qurulmasına, təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil