Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu

Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
İQTİSADİYYAT
16:52 23.11.2026
76
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 163 min 369 manat və ya 74,91% çoxdur.

Azərbaycan Mərkəzi Bankının "Ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq statistikası” hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 2 milyon 887 min 957 manat olmuşdu.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi 4 milyon 60 min 275 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 960 min 465 manat olub. Beləliklə, ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 2 milyon 99 min 810 manat və ya 107,11% artıb. Başqa sözlə, bu əməliyyatların məbləği bir ildən digərinə iki dəfədən çox yüksəlib.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, ödəniş kartları ilə bağlı fırıldaqçılıq əməliyyatlarının həcminin bir il ərzində 74,91 faiz artaraq 5 milyon manatı ötməsi rəqəmsal ödəniş ekosisteminin sürətlə böyüdüyü bir dövrdə ciddi siqnal kimi qiymətləndirilməlidir:

"Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin dövriyyəsi artdıqca kiberdələduzların da bu sahəyə marağı paralel şəkildə yüksəlir. Lakin statistikadakı bu kəskin artım bank sistemlərinin birbaşa texniki olaraq sındırılmasından daha çox, kiberdələduzların sosial mühəndislik üsullarını təkmilləşdirməsi və lokal mühitə uyğunlaşdırması ilə bağlıdır. Cinayətkarlar artıq ölkə vətəndaşlarının dilində, yerli poçt, kommunal xidmət, bank və ya dövlət qurumlarının adından hazırlanan yüksək inandırıcılığa malik saxta fişinq səhifələri və Süni İntellekt alətləri vasitəsilə istifadəçilərin psixoloji boşluqlarından istifadə edərək kart məlumatlarını onların öz əli ilə ələ keçirirlər”.

Ekspert əlavə edib ki, bu problemin həllində bankların texniki təhlükəsizlik tədbirlərini gücləndirməsi vacibdir, lakin məsələyə yalnız birtərəfli yanaşmaq doğru olmaz:

"Müasir bank infrastrukturu və 3D Secure protokolları kifayət qədər etibarlıdır; fırıldaqçıların əksər hallarda istifadə etdiyi boşluq sistemin özü deyil, müştərinin birdəfəlik təsdiq kodunu (OTP) kənar şəxsə ötürməsidir. Bununla belə, banklar passiv müdafiədən proaktiv davranış analitikasına keçməli, Süni İntellekt əsaslı antifrod (dələduzluğa qarşı) sistemlərini daha da həssaslaşdırmalıdırlar. Məsələn, müştərinin adi vərdişlərinə uyğun gəlməyən məbləğlərin köçürülməsi, yeni cihazdan giriş və ya vəsaitin qısa müddətdə başqa hesablara yönləndirilməsi kimi şübhəli əməliyyatlar avtomatik dondurulmalı, yüksək riskli köçürmələr üçün əlavə təsdiq mexanizmləri və müəyyən gözləmə müddətləri tətbiq edilməlidir”.

Elvin Abbasovun sözlərinə görə, fırıldaqçılığın qarşısını almaq üçün bankların texniki addımları ilə yanaşı, tənzimləyici qurumların, mobil operatorların və vətəndaşların birgə fəaliyyəti zəruridir:

"Oğurlanmış vəsaitlərin nağdlaşdırılmasında vasitəçi kimi istifadə olunan "pul qatırı" (money mule) hesablarının sahiblərinə qarşı hüquqi məsuliyyət sərtləşdirilməli və şübhəli köçürmələrin izlənilməsi üzrə banklararası operativ məlumat mübadiləsi sürətləndirilməlidir. Eyni zamanda, saxta domenlərin və zərərli SMS kampaniyalarının dərhal bloklanması mexanizmləri gücləndirilməli, ən əsası isə vətəndaşlar arasında rəqəmsal gigiyena üzrə maarifləndirmə kampaniyaları formal xarakter daşımayaraq, insanların kart rekvizitlərini və təsdiq kodlarını nağd pul kimi qoruması vərdişini formalaşdırmalıdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqşin Fatehin restoranı bağlandı  - FOTO
17:00 23.11.2026
Aqşin Fatehin restoranı bağlandı - FOTO
Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
16:52 23.11.2026
Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
Deputatın adından saxta “whatsapp” yaradıldı - Açıqlama yaydı
16:50 23.11.2026
Deputatın adından saxta “whatsapp” yaradıldı - Açıqlama yaydı
"Barselona" Bakıya bu futbolçular ilə gəlir - ADLAR
16:48 23.11.2026
"Barselona" Bakıya bu futbolçular ilə gəlir - ADLAR
AzTV, Mədəniyyət TV və İTV - Ortaq tələb keyfiyyətdir
16:47 23.11.2026
AzTV, Mədəniyyət TV və İTV - Ortaq tələb keyfiyyətdir
Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu
16:40 23.11.2026
Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu
Pərviz Şahbazova yeni vəzifə verildi
16:32 23.11.2026
Pərviz Şahbazova yeni vəzifə verildi
İlham Əliyev Trampa təşəkkür etdi
16:21 23.11.2026
İlham Əliyev Trampa təşəkkür etdi
Kəmalə Günəşlinin “mənimdir” dediyi heykəlin tarixi - Londondakı “Mavi Geyimli qadın” kimdir? - VİDEO
16:10 23.11.2026
Kəmalə Günəşlinin “mənimdir” dediyi heykəlin tarixi - Londondakı “Mavi Geyimli qadın” kimdir? - VİDEO
Fazil Mustafadan AAYDA sədrinə: “Deputatın zənginə cavab vermək onun borcudur”
15:55 23.11.2026
Fazil Mustafadan AAYDA sədrinə: “Deputatın zənginə cavab vermək onun borcudur”
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
15:39 23.11.2026
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:35 23.11.2026
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım
15:29 23.11.2026
Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım
İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanıldı
15:26 23.11.2026
İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanıldı
Elçin Babayev işdən çıxarılma xəbərini alarkən bu ölkədə olub
15:04 23.11.2026
Elçin Babayev işdən çıxarılma xəbərini alarkən bu ölkədə olub
Hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldıldı
15:00 23.11.2026
Hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldıldı