İcra başçısı 5 uşaq anasını məsxərəyə qoydu

İcra başçısı 5 uşaq anasını məsxərəyə qoydu
Bütün Xəbərlər
14:10 04.03.2016
1609
5 uşaqlı ailə sosial müavinət almaqda çətinlik çəkdikləri üçün Gədəbəy rayon İcra Hakimiyyətinə problemlərinin həlli üçün müraciət ediblər.
AZXEBER.COM xəbər verir ki, BTV.AZ-a danışan ailənin vəziyyəti həddindən artıq acınacaqlı olduğu üçün Gədəbəydə yaşadıqları evlərindən çıxaraq ailə sahibi Nəsimi Həsənovun Sabunçuda kirayə yaşayan qardaşının evində məskunlaşıblar.
5 uşaq anası Fərqanə xanım deyir ki, problemlərimizlə bağlı Gədəbəy rayon İcra hakimiyyətinə yollandığımız zaman icra başçısı Ramiz Yediyarov 5 uşaqlı ailəni görərkən onları sanki ələ salirmiş kimi məsxərəyə qoyub.
Qeyd edək ki, Ramiz Yediyarovun adı qalmaqallı məsələlərdə çox tez-tez hallanır. Bildirilir ki, onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.
OXŞAR XƏBƏRLƏR