Xəbər verdiyimiz kimi, “genclerpaytaxti.az” portalında keçirilən onlayn səsvermədə Biləsuvar rayonu Azərbaycanın 2013-cü il üçün “Gənclər Paytaxtı” seçilib. Bu barədə məlumat Gənclər və İdman Nazirliyinin 2 fevral gənclər gününə həsr olunmuş təntənəli tədbirində rəsmən elan olunub.
Biləsuvarın “Gənclər paytaxtı” seçilməsi ilə bağlı Editor.az-a açıqlama verən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Biləsuvarın bu ada layiq görülməsindən böyük qürur hissi keçirdiklərini bildirib:“Bu biləsuvarlı gənclərin uğurudur. Onlar onlayn səsvermədə rayonu Azərbaycanın “Gənclər paytaxtı” seçiblər. Əlbəttə bu bizi çox sevindirir. İl çərçivəsində gənclərə lazım olan bütün dəstəyi verəcəyik. Hesab edirəm ki, Biləsuvar “gənclər paytaxtı” kimi özünü doğruldacaq”.