İcra başçısı Cəlilabadın mərkəzi küçələrini acınacaqlı gündə saxlayır – VİDEO

İcra başçısı Cəlilabadın mərkəzi küçələrini acınacaqlı gündə saxlayır – VİDEO
Bütün Xəbərlər
15:46 22.10.2014
3246

Cəlilabad rayonun mərkəzi küçələrində yollar bərbad gündədir.

Bu barədə AZXEBER.COM-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, rayonun bəzi mərkəzi küçələrində yollar bərbad gündədir. Hava yağışlı olduğu zaman isə bu yollarda palçıq əlindən yerimək olmur. Yollarda avtomobillərin hərəkəti isə yağıntılı havada daha da çətinləşir.

Sakinlər deyirlər ki, İcra Hakimiyyəti bu məsələdən məlumatlı olsa da yolun təmir olunması üçün heç bir əməli addım atmır. Onların sözlərinə görə dövlət büdcəsində rayona pul ayrılsa da, bu pulların böyük əksəriyyəti icra başçısı Əziz Əzizovun şəxsi biznesinin inkişafı üçün istifadə edilir.

Məsələni araşdırmaq üçün Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da bu istəyimiz baş tutmadı. Çünki icra hakimiyyətinin rəsmi internet səhifəsində (red: celilabad-ih.gov.az) icra rəsmilərinin adlarından başqa heç bir məlumatla qarşılaşmadıq. Onların heç birinin iş telefonları saytda qeyd olunmayıb.

Onu da xatırladaq ki, prezident İlham Əliyev bu ilin 31 iyul tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Ancaq görünən odur ki, rayon icra hakimiyyəti yolların təmiri ilə bağlı heç bir iş görmək niyyətində deyil.

Sakinlər redaksiyamıza Qurtuluş küçəsində çəkdikləri videonu da yollayıblar. Videodan da göründüyü kimi yol bərbad vəziyyətdədir.

Həmin videonu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR