İcra başçısı “Güllə yağışı” abidəsini ziyarət etdi - FOTOLAR

İcra başçısı “Güllə yağışı” abidəsini ziyarət etdi - FOTOLAR
SOSİAL
13:43 20.01.2022
361
20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümü münasibətilə Biləcəri qəsəbəsində yerləşən "20 Yanvar" şəhidlərinin xatirə parkında ucaldılmış "Güllə yağışı” abidəsi ziyarət edildi.

AZXEBER.COM xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri Azay Quliyev və Kəmaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, "20 Yanvar Cəmiyyəti”nin üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində "Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq,  xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR