İcra başçısı keçmiş baş nazirlə görüşdü

İcra başçısı keçmiş baş nazirlə görüşdü
Bütün Xəbərlər
10:37 21.08.2014
882

Andoranı ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oscar Ribas Reig Gəncəyə bir günlük səfər edib. 

AZXEBER.COM-a daxil olan məlumata görə, qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.

Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.

Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üztünə gül dəstələri düzüb. 

Gəncə ilə tanışlıqdan sonra Oscar Ribas Reig Qəbələyə yola düşüb.

OXŞAR XƏBƏRLƏR