İcra başçısı yanında Şuranın iclası keçirildi - Fotolar

İcra başçısı yanında Şuranın iclası keçirildi - Fotolar
SOSİAL
14:16 02.08.2016
1519
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
AZXEBER.COM-a daxil olan məlumata görə, iclasını giriş sözü ilə açan başçı Abdin Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Fərzəliyev cari ilin sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi – Referenduma hazırlıqla əlaqədar təşəbbüs qruplarının yaradılması üçün hazırda rayon ərazisində təşkilati işlərin həyata keçirildiyi, rayonda fəaliyyət göstərən seçki dairə və məntəqələrinin maddi-texniki vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görüldüyü barədə məlumat verərək bu işlərdə müəssisə və təşkilatların kollektivlərinin yaxından iştirakının əhəmiyyətini qeyd etdi və hər zaman olduğu kimi Ümumxalq səsverməsinin (Referendum) də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə əminliyini ifadə edib.
İcra başçısı Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını və artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanıldığını da qeyd edib.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1578 daimi iş yerinin yaradıldığı qeyd edilib.
Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyi vurğulanıb.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 1144 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 müraciətdən 123-nün öz müsbət həllini tapdığı, 6-nın isə nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin ilk yarısı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
18:48 11.08.2025
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
18:36 11.08.2025
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq