İcra başçısının köməkçisi intihar etdi - FOTO

İcra başçısının köməkçisi intihar etdi -  FOTO
Bütün Xəbərlər
11:51 30.12.2015
3864

İki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun hansı səbəbdən özünü asdığı məlum deyil.

Masallının icra başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etdiyinə dair xəbər yayılıb. Yayılan xəbərə görə, Sadıxov dünən özünü asaraq, öldürüb.

İlkin Ağayev adlı istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dünən dəfn olunub. Lakin bu barədə heç bir məlumat yayılmayıb. (Jam.az)

Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.

Qeyd edək ki, Elşən Sadıxovun iki aydın evli olduğu bildirilir. Onun hansı səbəbdən intihar etdiyi isə məlum deyil.

OXŞAR XƏBƏRLƏR