İcra başçısının kürəkəni dələduzluqda ittiham olunur

İcra başçısının kürəkəni dələduzluqda ittiham olunur
SOSİAL
22:15 22.05.2020
1631
Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin kürəkəni dələduzluqda ittiham olunur.

Bu barədə "Qaynarinfo”ya açıqlamasında Məhəd Musa oğlu Həsənov məlumat verib.

Onun sözlərinə görə, Alı Qocayevin qızının həyat yoldaşı, "Şell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Nəsib Şamilov onun 60 min manatını qaytarmaq istəmir:

"Nəsib Şamilov mənim kirvəmdir. 2017-ci ildə biz onunla birlikdə ortaq iş qurduq. Araz adlı bir sahibkardan icarəyə 4 mərtəbəli bina götürdük və ofis bütünlüklə mənim adıma sənədləşdirildi. 2018-ci ilin sentyabrında təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik məndə qalmaq şərti ilə qazancın 70%-i onun, 30 %-i mənim olmalı idi. Onun idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Biz işə başlar-başlamaz Nəsib Şamilovla aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nəsib Şamilovun istəkləri oldu. Onun tələblərindən biri həyat yoldaşının idarəçilikdə təmsil və yaxın qohumlarının işlə təmin olunması idi”.

Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan Nəsib Şamilovun həyat yoldaşı və qohumları şirkətdə işlə təmin olunub:

"Mən rayona istirahətə getmişdim. Orada olduğum müddətdə obyekt sahibi telefon edib aramızdaki müqaviləyə xitam veriləcəyini bildirdi. Gələndə onlar hədə-qorxular gəlməyə başladılar. Nəsib Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin kürəkənidir. Ona güvənirlər. Hər dəfə mübahisə düşəndə "bilirsən də biz kimik” deyə işarə verirdilər. Dedim ki, mənə çatacaq məbləğ var, onu qaytarın sonra. Söz verdilər ki, müqaviləyə xitam ver, sənə çatacaq 60 min manatı qaytaracağıq. Bunlar arxalarına və pullarının gücünə güvənərək, obyekt sahibindən xitam verilməyən müqavilənin üzərindən yenidən müqavilə bağladılar. Ondan sonra isə mənə hədə-qorxu gələrək, mənimlə olan müqaviləyə də xitam verirlər. Bu məsələdə mən tək deyiləm, Nəsib Şamilov məndən əlavə də bir neçə adama belə "atıb”.

Məhəd Həsənovun sözlərinə görə, Nəsib Şamilovun hərəkətləri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə rəsmi şəkildə məktub ünvanlayıb:

"Dəfələrlə məktub yazmışam. Həm evinə, həm də icra hakimiyyətinə. Nəsibə də mesajlar göndərmişəm. Amma mənə heç bir cavab vermirlər. Üstəlik deyirlər ki, "get kimə istəyirsən şikayət elə, biz resublikada 3 nəfərdən biriyik”. Bu nə deməkdir? Bunlar kimə güvənir? Onlar həm də yaxın qohumları, Baş prokurorluqda yüksək vəzifə tutan Mehman Qocayevə güvənirdilər. Məsələdən Mehman Qocayev də xəbərdardır. Bu, dələduzluqdan başqa bir şey deyil. Bir ildən yuxarıdır ki, mən onlardan bu pulu ala bilmirəm. Qərara almışam ki, məsələ ilə bağlı ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət edəm”.
 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı