Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.
AZXEBER.COM olaraq mövzu ilə bağlı Ağdaş rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla əlaqə saxladıq. Şöbə müdiri iş vaxtı olmasına baxmayaraq, telefonlara cavab vermədi.
İcra başçısının birinci müavini İsmayıl Yusifzadə isə mövzu ilə bağlı portalımıza açıqlama verib. İcra başçısının müavini müxbirimizin "Əsgərxan Həsənovla bağlı icra hakimiyyətinin daxili qaydalarına uyğun olaraq hansı tədbirlər görülüb?" sualına qeyri-adi cavab verib. İlk açıqlamasında hadisədən xəbərsiz olduğunu deyən icra başçısının müavini, daha sonra mövzu ilə bağlı danışmağa başlayıb. İ.Həsənovun müxbirimizlə söhbətini təqdim edirik:
- Əsgərxan Həsənov hazırda vəzifə başındadır?
- Əlbəttə ki işləyir. Mən sizi başa düşmürəm siz özünüz və ya qohum-əqrabanız yol hərəkəti qaydalarını pozmur?
- Ölkə başçısı hər zaman çıxışlarında məmurlara səslənir ki, ailə üzvlərinə nəzarət etsinlər. Sizin icra hakimiyyətinin şöbə müdirinin oğlu sərxoş vəziyyətdə qəza törədib.
- Sərxoşdur, sərxoş deyil bunu məhkəmə aydınlaşdırar. Sən mən, bunu deyə bilmərik. O hələ günahkardı, günahkar deyil bunu məhkəmə qərar verəcək. Bu nə sizin, nə də məni işimdir.
- Dövlət qrumları artıq bu barədə açıqlamalar veriblər. Xəbəriniz yoxdur?
- Azərbaycan hüquqi dövlətdir günahı varsa cəzasını çəkəcək.
- Son olaraq, icra hakimiyyətinin şöbə müdirinin oğlu "İnfiniti" ilə qəza törətməsindən sonra o vəzifədən kənarlaşdırılacaqmı?
- İcra hakimiyyətlilik burada nə iş var? Şöbə müdiri pozmayıb qaydanı. O qaydanı siz də poza bilərsiz, başqası də. Hamı qayda pozur. O niyə işdən çıxarılmalıdır ki?